Aİ Azərbaycanın Tbilisidə keçiriləcək "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun Assambleyasında iştirakı barədə (ÖZƏL)


Digərləri 24 Noy 2018 02:26:38 212 0

Aİ Azərbaycanın Tbilisidə keçiriləcək "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun Assambleyasında iştirakı barədə (ÖZƏL)

Avropa İttifaqı (Aİ) Azərbaycan hökümətini dekabr ayında Tbilisidə keçiriləcək "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun Assambleyasına dəvət edib

Bakı. Ləman Zeynalova - Avropa İttifaqı (Aİ) Azərbaycan hökümətini dekabr ayında Tbilisidə keçiriləcək "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun Assambleyasına dəvət edib. Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən KİV-lərin Tbilisidə keçiriləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Assambleyasında Azərbaycanın iştirak etməyəcəyi barədə yaydığı xəbərləri şərh edərkən bildiriblər. Nümayəndəlikdən bildirilib: "10-12 dekabr tarixlərində Tbilisidə "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun Assambleyası keçiriləcək. Bu, hər il keçirilən tədbir bütün 6 "Şərq Tərəfdaşlığı" ölkələrinin və Aİ ölkələrinin vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirir. Tədbir 2009-cu ildən başlayaraq hər il keçirilir. Assambleyada iştirak etmək üçün Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı"nın bütün üzvlərinin hökumət nümayəndələri dəvət olunub". Bundan əlavə, Aİ-nin Azərbaycandakı nümayəndəliyindən KİV-lərin Forumun iclasında qəbul edilməsi planlaşdırılan bəyannamə layihəsində Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün və sərhədlərinin pozulmazlığının tanınmasının ifadə olunduğu, lakin Azərbaycana aid eyni formulun tətbiq olunmaması barədə məlumatlarını şərh edərkən bildiriblər ki, heç bir qətnamə hələ qəbul olunmayıb və razılaşdırılmayıb, təşkilatçılar bunun üzərində işləyir: "Aİ institutları əsla qətnamənin hazırlanması prosesində iştirak etmir və qətnamənin məzmunu ilə bağlı onların fikirləri tələb olunmur. Avropa İttifaqının rəsmi nəzər nöqtəsi və mövqeyi "Şərq Tərəfdaşlığı" sammitinin bəyannamələrində aydın ifadə olunub və bunlardan sonuncusu 24 noyabr 2017-ci il tarixli Brüssel sammitinin bəyannaməsidir". Qeyd edək ki, 24 noyabr 2017-ci ildə Brüsseldə "Şərq Tərəfdaşlığı" sammitinin yekunları üzrə imzalanan bəyannamədə Aİ Azərbaycanın ərazi bütövlüyünün tanınması bir daha təsdiqləyib. Bəyannamənin mətnində həmçini qeyd edilir ki, "Şərq Tərəfdaşlığı" sammitinin iştirakçıları regionda həllini tapmamış münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə nizamlanmasına yardım üzrə səylərin bərpa olunmasına çağırır: Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin