Günün qoroskopu: Tərəfdaşlarla sərfəli danışıqlar apara bilərsiniz


Digərləri 24 Noy 2018 00:01:00 313 0

Günün qoroskopu: Tərəfdaşlarla sərfəli danışıqlar apara bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - bilik və bacarıqlarınızı artırın. İxtisas müstəvisində irəliləyişlər üçün imkanlar var. Kommersiya, bizneslə məşğul olanlar üçün əlverişli zamandır.

Günün ikinci yarısında borc almayın, kredit götürməyin. Məsuliyyətli və önəmli anlaşmanı ertələyin. Sizi aldada bilərlər.

Yaxınlarınızla münasibətlər kiçik də olsa, sınağa məruz qalacaq. Vədlərə əməl olunmayacaq. Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Enerjinizi kiçik mübahisələrə sərf etməyin.

Buğa - hissləriniz işlərinizə köklü təsir etməsin. Günün ilk yarısında fikir ayrılıqları və ya münaqişə əhvalınızı korlaya bilər. Önəmli iş üçün əlverişli zaman deyil. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti məhdudlaşdırın.

Günün ikinci yarısında emosiyalar həmkarlarınızla təmaslarda problemlər yaratmamalıdır. Yolda ehtiyatlı olun.

Ailə üzvlərindən qayğıkeş, səimimi münasibət görəcəksiniz. Təşəbbüskar olun, qısamüddətli səfərə çıxın. Mühüm işə başlamaq olar.

Əkizlər - günün ilk yarısında enerji aktivliyi səviyyəniz aşağıdır. Səhhətinizdə kiçik problemlər yarana bilər. Amma buna görə nəzərdə tutulan işləri təxirə salmayın. Tənbəllik etməyin, süstlüyə qapılmayın.

Günün ikinci yarısında çətin problemin həllinə dostları və ya tərəfdaşları da cəlb etmək olar. Aramla çalışın, məqsədə doğru inadla irəliləyin.

Şəxsi münasibətlərdə sakitlik hökm sürəcək. Axşam saatlarını rutin, ənənəvi işlərə həsr edin. Aldığınız sifarişin və ya tapşırılan işin təfərrüatlarını ciddi müzakirə edin.

Xərçəng - günün ilk yarısı önəmli işlər zamanı deyil. Diqqətsizlik və ya unutqanlıq ağır fəsadlı problem yaratmasın deyən ayıq olun. İmkan varsa, zəruri informasiyanın axtarışlarına başlayın.

Aktiv olun.

Günün ikinci yarısı məhsuldarlıq vəd edən dönəmdir. Yeni ideyalar və məlumatlar peşəkar fəaliyyət müstəvisində irəliləyişə təkan verəcək.

Yaxınlarınıza vaxt ayırın. Onların işlərində iştirak edin. Münasibətlərdə müəyyən problemlər ola bilər. Sevdiyiniz insan sizi onu anlamamaqda suçlayacaq.  

Şir - günün ilk yarısında insanların gur olduğu məkanlara yollanmayın. Mühüm hesab etdiyiniz işdə diqqətlə davranaraq bütün detallara fikir verin.

Problemlərin həllini ertələməyin.

Günün ikinci yarısı intensiv zəhmət vaxtıdır. Əzmkar olun, qətiyyətli insan təsiri bağışlayın.

Yaxınlarınıza sürəkli iradlar bildirməyin, onları incitməyin. Dedikləriniz qeyri-adekvat reaksiya yarada bilər.

Axşam saatlarını ailə qayğılarına həsr edin. Sevdiyiniz insanla laqeyd danışmayın.

Qız - bilavasitə sizinlə bağlı işlərin bir parasını ertələmək olar. Daha münasib zamanı gözləməkdən çəkinməyin. Uzunmüddətli səyahət, ağır fiziki iş və ya dəvət alınan tədbirə qatılmaq üçün münasib zaman deyil.

Günün ikinci yarısında enerji səviyyəniz yüksək olmayacaq. Səhhətinizə fikir verin. Saatlar keçdikcə konsentrasiya imkanlarınız artacaq. İntellektual fəaliyyətlə məşğul olmaq mümkündür.

Yaxınlarınız sizinlə ünsiyyətə can atır, sizdən diqqət gözləyir. Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Tərəzi - günün ilk yarısında işlərin planlaşdırılması ilə məşğul olun. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz laiyhənin reallaşdırılması istiqamətində ilk addımları atın. Məqsədi dəqiqləşdirin və bunu unutmayın. Sərvaxt olun, ehtiyatı əldən verməyin.

Günün ikinci yarısında problemlərin sayı artacaq. Cari işlərin və rutin prosesin sizə hədəfi unutdurmasına imkan verməyin.