Kök şirəsinin 7 FAYDASI


Digərləri 23 Noy 2018 23:51:00 480 0

Kök şirəsinin 7 FAYDASI

Kök faydalı tərəvəzdir, sağlamlığa və tonusa yaxşı təsir göstərir. Kökün özü kimi şirəsi də cana xeyli faydalıdır.

Son.az medicina.az-a istinadən kök şirəsinin 7 faydasını təqdim edir:

Kök şirəsi gözlər üçün xeyirlidir və gecə vaxtı görməni yaxşılaşdırır. Bu, kökün tərkibindəki lyütein, beta-karotin və lyüsinin miqdarı ilə bağlıdır. Bu tərəvəz növü həm də görməni yaxşılaşdıran "A" vitamini ilə zəngindir - onun tərkibində orqanizm üçün vacib olan gündəlik vitamin normasının 40 faizi olur.

Kök şirəsi qocalma prosesini yavaşıdır 

Aşkar olunub ki, müntəzəm olaraq kök şirəsi içmək qocalmanın görünən təzahürlərinin əmələ gəlməsini yavaşıdır. Səbəb - bu tərəvəz antioksidantlarla zəngindir, ona görə də o, hüceyrələrin bərpa olunmasına kömək edir, dərini daha elastik və yumşaq saxlayır. 

Ürək xəstəlikləri riskini azaldır 

Kök şirəsindən istifadə ürək xəstəlikləri riskini azaldır. Bir tərəfdən bu, immun siteminin güclənməsi, digər tərəfdən isə orqanizmdə xolesterinin səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Əslində kök - elə bir tərəvəzdir ki, tərkibində zərərli yağlar yoxdur. Ona görə də o, ürək-damar sisteminin fəallığını yaxşılaşdıran pəhrizlərdə tövsiyyə olunur.

Detoksikasiya müalicəsində ideal vasitədir