Erkən ölümün yeni əlaməti...


Digərləri 23 Noy 2018 23:56:00 500 0

Erkən ölümün yeni əlaməti...

Tuluza Universitetinin alimləri erkən ölümün yeni əlamətini aşkarlayıblar. 

Son.az medicina.az-a istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, alın nahiyəsində yaşa uyğun olmayan olan dərin qırışlar insanın vaxtından əvvəl ölüm risqi daşıdığından xəbər verir. 

Qırışların sayı isə ürək-damar sistemindəki xəstəliklərin xəbərçisidir.    Araşdırmada 32-62 yaş arası 3 200 nəfər sağlamlığından heç bir şikayəti olmayan insan iştirak edib. 20 illik müşahidə boyunca eksperimentdə iştirak edən könüllülərdən 233 nəfər dünyasını dəyişib. Onların 15%-in alnında 2-dən çox qırış, 6,6%-də bir qırış,  2%-də isə ümumiyyətlə qırış olmayıb.