Botoksa ehtiyac qalmadı 70 qəpiklik məhlul möcüzələr yaradır


Digərləri 23 Noy 2018 23:45:00 656 0

Botoksa ehtiyac qalmadı  70 qəpiklik məhlul möcüzələr yaradır

Hidrogen peroksidə demək olar ki, hər aptekdə rast gəlmək mümkündür. Bu preparat dezinfeksiyaedici xüsusiyyətə malikdir və açıq yaraların yuyulmasında istifadə edilir. Bundan əlavə hidrogen peroksiddən kosmetologiyada da geniş tətbiq edilir. 

Son.az medicina.az-a istinadən hidrogen peroksidin fərqli, hələ heç kəsə məlum olmayan xüsusiyyətini təqdim edir:  

Hidrogen peroksid antiseptik xüsusiyyətlərə malikdir, buna görə də üzdə olan səpgilər və qıcıqlanma ilə mübarizədə uğurla tətbiq edilir.  Bu zaman əsas məsələ üzün yaxşıca təmizlənməlidir. Hidrogen peroksidin tərkibində oksigen mövcuddur. O dərinin epitel qatı ilə reaksiyaya girir. Bunun hesabına da dərinin məsamələri tər, piy və kirdən təmizlənir.  Bundan əlavə məhlul üzdə olan tüklərin rəngini də saraldır.  Perikis məhlulu üzdə olan çilləri və piqment ləkələrini və sızanaqların ləkələrini də yox edir. Hidrogen peroksid dərinin vəziyyətini normallaşdırır, ona təravətli və parlaq görüntü verir.  

Hidrogen peroksid məhlulunun bilinməyən tərəflərindən biri də onun üzdə olan qırışları açaraq üzə botoks effekti yaratmasıdır.  

Bu məhlul aktiv kimyəvi maddədir. Onu təmiz şəkildə istifadə etmək qadağandır. Çünki qatı məhlul dəriyə quruducu təsir göstərərək ona ciddi zərər vura bilər.  Buna görə də hidrogen peroksidi yalnız maskaların tərkibində istifadə etmək məsləhətdir. 

• Maska hazırlamaq üçün 3%-li perikisdən istifadə edin • Dəriniz quru və həssasdırsa o zaman maskanın tərkibinə aloe şirəsi, yumurta sarısı, lanolin kimi yumşaldıcı maddələr qatın. • Maskanı hazır olan kimi nazik təbəqə ilə üzünüz çəkin.  • Həftədə 2 dəfə istifadə edin • Yuduqdan sonra üzünüzə yumşaldıcı krem çəkin

Gil ilə maska