Məhsulların etiketlərini diqqətlə oxuyun! Allergiya verən qida əlavələri


Digərləri 23 Noy 2018 23:36:00 286 0

Məhsulların etiketlərini diqqətlə oxuyun!  Allergiya verən qida əlavələri

Son.az saglamolun.az-a istinadən həkim-allerqoloq Həmidə Səlimzadənin yazısını təqdim edir.

Son illər bronxial astma və allergik rinitlə yanaşı müasir təbabətin aktual problemlərindən biri də qida allergiyası sayılır.

Erkən yaşlı uşaqlarda bu xəstəliyə daha çox rast gəlinir.

Məlumdur ki, uşağın xüsusilə də erkən yaşlı uşağın qidalanmasında istifadə olunan istənilən qida məhsulu allergik reaksiya və/və ya xəstəlik törədə bilər. Lakin uşaq yaşlarında qida allergiyasının inkişafına səbəb olan qida maddələri arasında inək südü, yumurta, buğda, soya daha çox əhəmiyyət kəsb edir. Böyüklərdə isə xəstəlik adətən qida rasionunda fındıq, yerfındığı, balıq, mollyuskların istifadəsi nəticəsində inkişaf edir.

Müxtəlif müəlliflərin məlumatlarına əsasən dünya əhalisinin yalnız 3%-də sürətli tip həqiqi qida allergiyası müşahidə edilir. Digər hallarda isə qida məhsullarının tərkibində olan qida əlavələrinə (aromatizator, emulqator, doldurucu vasitələr, boyaq maddələri, konservantlar və s.) psevdoallergik reaksiyalar yaranır. Məsələn, konservləşdirilmiş və hisə verilmiş balıqdan fərqli olaraq buxarda hazırlanmış balıq nadir hallarda allergik reaksiya törədə bilər.

Qida sənayəsində geniş istifadə edilən boyaq maddələrdən biri də tartrazin sayılır. Tartrazin E102 kimi qeyd olunan sintetik qida əlavəsidir. O, adətən sarı rəngdə kiçik ölçülü toz şəklində olur.