Heydər Əliyev Mərkəzində aktyor və rejissor Veniamin Smexovun mühazirəsi olub FOTO


Digərləri 23 Noy 2018 23:22:00 296 0

Heydər Əliyev Mərkəzində aktyor və rejissor Veniamin Smexovun mühazirəsi olub  FOTO

Noyabrın 23-də Heydər Əliyev Mərkəzində Rusiyanın populyar teatr və kino aktyoru, televiziya verilişləri və sənədli filmlər rejissoru, ssenarist, "Petropol" və "Sarskoye selo" bədii mükafatları laureatı Veniamin Smexovun "İşıq saç hər zaman" adlı mühazirəsi olub.

Son.az Trend-ə istinadən bildirir ki, Veniamin Smexov gecəni açaraq deyib ki, həmişə Bakını görmək arzusunda olub. Paytaxtımız elə ilk görüşdən onu ovsunlayıb. Aktyor deyib: "Böyük şair Mayakovski Bakıya vurğun idi. O, bu şəhərə gözəl misralar ithaf edib. Şadam ki, nəhayət gəlib Bakını gördüm. Çox şadam ki, məni belə səmimi qəbul etdiniz".

Veniamin Smexov Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Müslüm Maqomayev və Rəşid Behbudov barədə də xatirələrini bölüşərək deyib: "Müslüm pərəstişə layiq böyük şəxsiyyət idi. Mən Rəşid Behbudovun da səsini çox sevirdim. Azərbaycan məndə, ilk növbədə, bu görkəmli insanlarla assosiasiya olunur".

Veniamin Smexov tanınmış rus şairləri Vladimir Mayakovski, Aleksandr Blok və Boris Pasternakın yaradıcılığından söhbət açıb, onların şeirlərini oxuyub.


Xəbərə aid fotolar