Qəzza zolağında İsrail hərbçilərilə toqquşmalarda 100dən çox fələstinli xəsarət aldı


Dünya 23 Noy 2018 22:26:00 287 0

Qəzza zolağında İsrail hərbçilərilə toqquşmalarda 100dən çox fələstinli xəsarət aldı

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 100 nəfəri ötüb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə Fələstinin Qırmızı Aypara Cəmiyyətinin mətbuat xidmətinin nümayəndəsi Erab əl-Fukah məlumat yayıb.

"İsrailin hərbi qulluqçuları ilə toqquşmalarda yaralananların sayı 101 nəfərdir", - deyə Erab əl-Fukah bildirib.