Deputat yaşayış minimumu ilə yaşamaq istədi, ölümdən döndü


Digərləri 23 Noy 2018 22:29:00 221 0

Deputat yaşayış minimumu ilə yaşamaq istədi, ölümdən döndü

Ayı yaşayış minimumu ilə keçirmək istəyən Rusiyanın Saratov vilayətinin dumasının deputatı buna peşman olub.

Son.az xəbər verir ki, deputat bir ay ərzində 3,5 min rublla (təxminən 94 manat) qidalanıb.

O, "pəhrizlər" nəticəsində arıqladığını etiraf edib. Sınağın iştirakçısının sözlərinə görə, bu məbləğlə sağlamlıq itkisi olmadan yaşamaq olmaz. Siyasətçi hesab edir ki, istehlak səbətinin ölçüsü 10 min rubldan (təxminən 267 manat) az olmamalıdır.

Eyni zamanda deputat özünü yaxşı hiss etdiyini, amma qeyri-adi rasiondan sonra müayinə olunmaq üçün həkimə mütləq gedəcəyini bildirib. Həmçinin Bondarenko əlavə etdi ki, adət etdiyi qidalanma rejiminə nə vaxt qayıdacağını hələ bilmir.