Ortopedlər "smartfon ənsəsi"nə qarşı diqqətli olmağa çağırırlar


Digərləri 23 Noy 2018 22:02:00 243 0

Ortopedlər "smartfon ənsəsi"nə qarşı diqqətli olmağa çağırırlar

Müasir dövrümüzdə gənclər hər gün orta hesabla iki saatını smartfon və ya planşet qarşısında keçirir. Ortopedlər bu aludəçiliyin boyun, ənsə və ümumilikdə onurğa sütunu üçün ciddi və qalıcı təsirləri barədə xəbərdarlıq edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ortopedlər arasında "rəqəmsal iflic" adını alan yeni tendensiya gün ərzində az hərəkət edən insanların bədənin müəyyən dəyişməz vəziyyətində uzun müddət vaxtını smartfon, kompüter və ya planşet qarşısında keçirməsinə deyilir.

Avstriya Ortopedlər Cəmiyyətinin prezidenti Ronald Dorotka bildirib ki, hərəkət azlığı və bədənin uzun müddət qeyri-düzgün vəziyyətdə saxlanması onurğa sütunu üçün həyəcan siqnalıdır. Onun sözlərinə görə "smartfon ənsəsi" (qeyri-ixtiyari olaraq uzun müddət boynunu qarşıya əymək) boyun fəqərələrinin yırtığına səbəb ola bilər. Başın irəli doğru əyilmiş vəziyyətdə uzun müddət saxlanması boyun fəqərələri üçün orta hesabla 20 kiloqram yük təsiri yaradır ki, bu da əzələlərin gərilməsi, boyun və baş ağrıları, sonrakı mərhələlərdə isə fəqərə problemlərinə yol açır.