Yaddaş zəifliyi sizi narahat edir? Ardınca ağıl kəmliyi, halusinasiyalar gələ bilər...


Digərləri 23 Noy 2018 21:56:00 342 0

Yaddaş zəifliyi sizi narahat edir?  Ardınca ağıl kəmliyi, halusinasiyalar gələ bilər...

Bəzi dərman vasitələri beyinə öldürücü təsir edir, yaddaşı zəiflədir, unutqanlıq yaradır. 

Son.az medicina.az-a istinadən bildirir ki, bir sıra medikamentlər var ki, onlar bir sıra koqnetiv problemlər yaradır. Bunlardan ən başlıcası isə yaddaş itirilməsidir.

Yaddaş itirilməsi çox vaxt qocalıq əlaməti kimi qəbul edilir. Amma çoxları heç bilmirlər ki, yaddaşın zəifləməsi bir sıra dərmanların əks təsirindən də meydana çıxa bilər.

Bütün "anti" preparatlar: antihistamin, antibiotik, antidepresant, spazmolitiklər orqanizmdə olan asetilxolinin səviyyəsinə təsir göstərir. Bu maddə yaddaş üçün vacib olan əsas maddələrdən biridir. Amma əslində isə onun azalması həm də görmənin zəifləməsinə, unutqanlığa, ağıl kəmliyinə, sayıqlamaq və halusinasiyaya səbəb olur.