Arxeoloqlar maraqlı heroqlif yazıları aşkar ediblər FOTO


Digərləri 23 Noy 2018 21:35:00 332 0

Arxeoloqlar maraqlı heroqlif yazıları aşkar ediblər  FOTO

Misirin Ayn Şəms Universitetinin arxeoloqları Qahirənin ətrafındakı Matariya rayonunda əhəngdaşından düzəldilən iki lövhənin üzərində maraqlı heroqlif yazıları aşkar ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, heroqlif yazılarında firon II Ramzesin zamanında yaşamış məşhur memar Amenemintin adı çəkilir.

Xatırladaq ki, arxeoloqlar bu yaxınlarda Misir fironu II Ramzesin taxt-tacının olduğu qədim mərasim binasının xarabalıqlarını aşkar ediblər. Bu binada fironun iştirakı ilə təntənəli mərasimlər keçirilirmiş. Sonradan alimlər bu tikilinin Günəş tanrısı Ra məbədi olduğu qənaətinə gəliblər.


Xəbərə aid fotolar