Alimlərin diaqnoz qoya bilmədiyi xəstəliyi itlər tapacaq Tibb elmində yenilik


Digərləri 23 Noy 2018 21:38:00 346 0

Alimlərin diaqnoz qoya bilmədiyi xəstəliyi itlər tapacaq  Tibb elmində yenilik

Rusiyalı alimlər şizofreniyanın qoxu ilə müəyyənləşdirilməsinin yeni metodunu işləyib hazırlayırlar. Araşdırmada itlərdən istifadə olunub. Belə ki, itlər insanların orqanzimlərinin qaz mühitinin molekulyar tərkibinin, yəni qoxularının dəyişməsi ilə xəstə insanları sağlam insanlardan fərqləndirirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, araşdırmanın birinci mərhələsində itlərə xəstələri qoxularına görə təyin etmək öyrədilib. Daha sonra onlar laboratoriya şəraitində "şizofreniya qoxusu"nunun qaz xromotoqrafiyasını təyin ediblər.  

Bu xəstəliyin diaqnostikası ilə bütün dünya alimləri məşğul olurlar. Amma hələ ki şizofreniya xəstəsini sağlam insandan fərqləndirəcək konkret fiziki göstərici qeydə alınmayıb. Buna görə də rusiyalı alimlərin irəli sürdükləri hipotez elm üçün çox maraqlıdır.