Əgər sizdə köhnə model iPhone, iMac və MacBookdursa EHTİYATLI OLUN


Digərləri 23 Noy 2018 20:56:00 264 0

Əgər sizdə köhnə model iPhone, iMac və MacBookdursa EHTİYATLI OLUN

Apple şirkətinin köhnə cihazlarının kiberhücumlara daha həssas olduqları məlum olub.

Son.az Technote-a istinadən bildirir ki, bu barədə kibertəhlükəsizlik texnologiyaları sahəsində fəaliyyət göstərən Security Xuanwu Lab. şirkəti xəbər verib. Şirkət mütəxəssislərinin verdikləri məlumata əsasən iOS 11.4.1 və ya daha əvvəlki əməliyyat sistemlərinə sahib iPhone modelləri hacker hücumlarına daha həssasdırlar. Bundan əlavə olaraq hackerlər macOS High Sierra 10.13.5 və ya daha əvvəlki əməliyyat sistemlərinə sahib iMac və MacBook modellərini də rahatlıqla hack etməyi bacarırlar.