İngiltərə alimləri: “Çirkli hava uşaqların əqli inkişafına mane olur”


Digərləri 23 Noy 2018 20:48:00 244 0

İngiltərə alimləri: “Çirkli hava uşaqların əqli inkişafına mane olur”

Lankaster universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, nəticələrə əsasən, çirkli hava əqli imkanların inkişafına mənfi təsir göstərir.

Ekspertlər 2000-2002-ci illər arasında Britaniyada anadan olan 18 min uşağın məlumatlarını incələyiblər. Məlum olub ki, intellekti zədələnən uşaqlar əsasən havası çirkli olan rayonlarda yaşayırlar. Onların 33%-i isə dizel yanacağı tüstüsü çox olan rayonların payına düşür.