Ərdoğanın müşavirindən Qarabağla bağlı ilginc açıqlama:


Digərləri 23 Noy 2018 20:00:00 252 0

Ərdoğanın müşavirindən Qarabağla bağlı ilginc açıqlama:

"Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq. Bizim Ermənistana qarşı heç bir qərəzimiz yoxdur".

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat müşaviri İbrahim Kalın Ankarada Türkiyə ilə Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

İbrahim Kalın bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk Qrupu çərçivəsində Rusiyanın üzərinə əhəmiyyətli bir rol düşür: "1992-ci ildə yaradılan Minsk Qrupunun fəaliyyəti nəticə vermədiyi üçün Dağlıq Qarabağ münaqişəsi Qafqazda dondurulmuş bir böhran olaraq qalmaqda davam edir".