Barcelona Çinə üz tuta bilər


İdman 23 Noy 2018 19:21:00 247 0

Barcelona Çinə üz tuta bilər

Barcelona-nın baş direktoru Oskar Qrau klubun bəzi ev oyunlarının Çində keçiriləcəyini istisna etməyib.

Goal.az xəbər verir ki, baş direktor belə bir varant üzərində iş getdiyini bildirib. “İspaniyada indiyədək belə bir şey olmayıb. İlkə imza atmaq istəyirik. Komanda yeni şəraitə alışa bilər. Saat fərqinin əhəmiyyəti yoxdur. Çində oynamaqla auditoriyanı genişələndirə bilərik. Düşünürəm ki, bu il matçlardan birini Mayamidə keçirmək mümkün olmayacaq”, - Qrau bildirib.

Xatırladaq ki, Barcelona Girona ilə ev oyununu Mayamidə keçirməyi nəzərdə tutmuşdu. Lakin FİFA razılıq verməmişdi.