“Cəhənnəm sakinləri” tamaşası Şamaxıda oynanılıb


Digərləri 23 Noy 2018 18:54:20 295 0

“Cəhənnəm sakinləri” tamaşası Şamaxıda oynanılıb

Akademik Milli Dram Teatrının kollektivi “Cəhənnəm sakinləri” tamaşası ilə Şamaxıda qastrol səfərində olub.

Bakı. Akademik Milli Dram Teatrının kollektivi “Cəhənnəm sakinləri” tamaşası ilə Şamaxıda qastrol səfərində olub. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşa Şamaxı Mədəniyyət Mərkəzində nümayiş etdirilib. Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.