Bakıda gecə klubunun sahibinin həbs müddəti uzadıldı


Digərləri 23 Noy 2018 18:09:00 260 0

Bakıda gecə klubunun sahibinin həbs müddəti uzadıldı

Səbail Rayon Məhkəməsində Bakıda iranlı şərikini döyməkdə və girov götürməkdə təqsirləndirilən gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, D.Dəmirçiyevin həbs müddəti 2 ay artırılıb.