Hacıbala Abutalıbov: "O evlər söküləcək, siz də buna şahid olacaqsınız"


Digərləri 23 Noy 2018 17:24:00 377 0

Hacıbala Abutalıbov: "O evlər söküləcək, siz də buna şahid olacaqsınız"

Oktyabrın 12-də Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində baş vermiş sürüşmə ilə bağlı Azərbaycan tərəfindən dəvət olunan yapon mütəxəssislərin araşdırmaları davam edir.

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında baş nazirin müavini Hacıbala Abutalıbov bildirib.

"Yaponlar Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağlayıb"

H.Abutalıbov qeyd edib ki, araşdırmalar növbəti ilədək davam edəcək:

"Yapon mütəxəssisləri araşdırma apardıqdan sonra belə qənaətə gəlib ki, sürüşmə sahəsi genişlənməlidir. Artıq yaponlar Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağlayıblar. Belə nəticəyə gəliblər ki, alınan avadanlıqlar beş istiqamətdə qurulmalı və dörd ay ərzində işləməlidir. Dörd aydan sonra araşdırmaların nəticəsi əsasında hazırlanan layihə Fövqəladə Hallar Nazirliyinə veriləcək. Fövqəladə Hallar Nazirliyi layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq. İşlər 2019-cu il iyulun 1-də tam yekunlaşacaq".

"Sürüşmə ərazisi 2 dəfə böyüyəcək"

Baş nazirin müavininin sözlərinə görə, ərazidəki evlər mütləq şəkildə söküləcək:

"Yapon mütəxəssislər araşdırmalar zamanı nəinki evləri, hətta evlərin kənarlarını da yoxlayacaqlar. Çünki sürüşmə sahəsi iki dəfə böyüyür. Mütəxəssislərin gəldiyi nəticədə biz gördüyümüz sahədən iki dəfə böyük sahə yaranacaq. Onlar bu gün də o qənaətdədirlər ki, evlər sökülməlidir. Amma onlar istəyir ki, 2019-cu ilin aprelin sonu mayın əvvələrinədək gözləsinlər.