Parisdə "Bakı Ekspo 2025" layihəsinin təqdimatı olub


Digərləri 23 Noy 2018 16:30:00 214 0

Parisdə "Bakı Ekspo 2025" layihəsinin təqdimatı olub

Parisdə keçirilən Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş Assambleyasının 164-cü sessiyası çərçivəsində "Bakı Ekspo 2025" layihəsinin yekun təqdimatı olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün Büro "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcək. Bakı ilə yanaşı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq şəhərləri də namizəddir.

Qalib gizli səsvermə yolu ilə seçiləcək. Beynəlxalq Sərgilər Bürosunun reqlamentinə əsasən, səslərin 2/3-si və daha çoxunu qazanan şəhər qalib olacaq. Əgər birinci turda namizədlərdən heç biri seçilməsə, ən çox səs toplayan iki şəhər ikinci - həlledici raunda keçəcək.

18 il ərzində BSB-nin 6 "Ekspo" sərgisində öz pavilyonları ilə fəal iştirak etmiş və pavilyonlarının yüksək keyfiyyətlərinə görə 3 mükafat qazanmış Azərbaycan Ekspo Hərəkatına güclü bağlılıq nümayiş etdirir.