Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında liderdir


Digərləri 23 Noy 2018 16:26:00 234 0

Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında liderdir

Dünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən Azərbaycan yolların keyfiyyəti indeksinə əsasən 34-cü yerdə qərarlaşmaqla, postsovet məkanında lider ölkə olub.

Bakı. Dünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən Azərbaycan yolların keyfiyyəti indeksinə əsasən 34-cü yerdə qərarlaşmaqla, postsovet məkanında lider ölkə olub. Trend-in məlumatına görə, bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə 2 pillə yüksəlib. Dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksi üzrə 34-cü pilləyə yüksəlməklə belə yüksək nəticənin əldə olunması son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin nəticəsində mümkün olub. Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan yolların keyfiyyəti indeksinə görə bir sira Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.