“Alimlər şəhərciyi” yaşayış kompleksində inşaat işləri nə yerdədir?


Digərləri 23 Noy 2018 16:12:00 258 0

“Alimlər şəhərciyi” yaşayış kompleksində inşaat işləri nə yerdədir?

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, akademik İbrahim Quliyev və İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev Abşeron rayonu Saray qəsəbəsində salınan "Alimlər şəhərciyi" yaşayış kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olublar.

Son.az Trend-ə istinadən xəbər verir ki, AMEA rəhbərliyinə kompleksin layihəsi əsasında icra olunan və görüləcək işlər barədə məlumat verilib.

Elm və təhsil işçilərinin yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədi ilə salınan "Alimlər şəhərciyi" yaşayış kompleksində inşaat işlərinin müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib.