"Nar" 4G istifadəçilərinin sayı yarım milyon oldu


Digərləri 23 Noy 2018 15:52:00 233 0

"Nar" 4G istifadəçilərinin sayı yarım milyon oldu

Ölkənin ən gənc və innovativ mobil operatoru "Nar" yüksək göstəriciyə nail olub. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə "Nar" 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda "Nar"-ın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı 500 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına baza stansiyalarının sürətlə artımı, 4G SIM və 4G smartfon penertasiyası təsir edib. 

Qeyd edək ki, "Nar" 4G interneti paytaxtla yanaşı, ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. "Nar" 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. "Nar" 4G baza stansiyalarının təqdim etdiyi yüksək keyfiyyətli mobil internet xidməti nəticəsində internet trafikinin həcmi bu ilin əvvəli ilə müqayisədə 36% artıb. 

4G keyfiyyəti ilə yanaşı, "Nar"-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. Limitsiz internet paketləri, müştərilərə həm internet, həm danışıq dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər "Nar" 4G istifadəçilərinin sayının artmasına təsir edib.