Elman Nəsirov: Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni səhifə açdı


Digərləri 23 Noy 2018 15:45:55 241 0

Elman Nəsirov: Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni səhifə açdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni səhifə açdı.

Bakı. Samir Əli - Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni səhifə açdı. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, səfər çərçivəsində rekord sayda sənədlər imzalandı: "Söhbət 21 strateji əhəmiyyətli sənəddən gedir. Nəticə etibarilə ikitərəfli münasibətlərimizin konkret sahələrdə inkişafı üzrə stimul yarandı. Bir il öncə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı iki ölkə arasında 14 sənədin imzalanması və bütövlükdə ikitərəfli münasibətlərin hüquqi normativ bazasını təşkil edən sənədlərin sayının 68-ə çatması onu göstərir ki, Bakı-Aşqabad münasibətlərinin həm siyasi, həm iqtisadi, həm humanitar, həm də enerji və nəqliyyat təhlükəsizliyi sahələrində inkişafı üçün unikal imkanlar yaranıb. Bununla yanaşı, dövlət başçılarının imzaladığı birgə bəyanat bir daha göstərdi ki, fundamental məsələlərdə, yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Aşqabadın dəyişməz və prinsipial mövqeyi var. Bu da ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllini tapmalıdır. Bu bizim üçün olduqca vacib bir məqamdır".