Gürcüstanda 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirildi FOTO


Kriminal 23 Noy 2018 15:36:00 259 0

Gürcüstanda 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirildi  FOTO

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda qətl hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, rayonun Kveşi kəndində 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirilib.

İlkin ehtimala görə, hadisə 2 gün öncə törədilib. Onun meyiti yarıçılpaq vəziyyətdə meşədə tapılıb. Qətlə yetirilən şəxsin boğazında ip olub. Ahıl kişinin evində öldürüldüyü və meyitinin iplə sürütlənərək meşəyə aparıldığı bildirilir.

Meyitin gözlərinin çıxarıldığı barədə də məlumat yayılıb. Lakin bu fakt rəsmən təsdiq olunmayıb.


Xəbərə aid foto