GUAM çərçivəsində əməkdaşlıq beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir


Digərləri 23 Noy 2018 15:33:00 255 0

GUAM çərçivəsində əməkdaşlıq beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir

Dövlət Gömrük Komitəsində GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 29-cu iclası keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsində (DGK) GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 29-cu iclası keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası DGK sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze, Ukrayna Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəisi Oleq Semyenenko, Moldova Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəhbəri Dmitriy Volovey və GUAM katibliyinin proqramlarının əlaqələndiricisi Səbuhi Temirov iştirak ediblər. İclasda Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 28-ci iclasının protokolu, eləcə də sözügedən layihənin GUAM-a üzv ölkələrdə icra vəziyyəti, GUAM-a üzv dövlətlərin baş nazirlərinin bu il oktyabrın 5-də Kişinyov şəhərində keçirilən görüşünün yekunları, GUAM çərçivəsində elektron-rəqəmsal imzanın tətbiqi və tanınması məqsədillə hüquqi bazanın yaradılması perspektivləri müzakirə olunub. Eyni zamanda, “GUAM-ın rəqəmsal ticarət qovşağı”nın yaradılması, tranzit, səlahiyyətli iqtisadi operatorlar və digər məsələlər barədə müzakirə və fikir mübadiləsi aparılıb. İclasda İ.Babayev çıxış edərək GUAM çərçivəsində əməkdaşlığın vəziyyətindən məmnunluqla bəhs edib və bu əməkdaşlığın beynəlxalq ticarətin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.