Bakıda qeyriadi avtomobil satılır: xanım sürücülərə qarşı xüsusi nəvaziş nümayiş etdirib FOTO


Digərləri 23 Noy 2018 15:14:00 309 0

Bakıda qeyriadi avtomobil satılır: xanım sürücülərə qarşı xüsusi nəvaziş nümayiş etdirib  FOTO

Bu elan olmuş və bundan sonra olacaq bütün marketinq nəzəriyyəsini alt-üst edir. Diqqətlə oxuyun və seçim edin!!!

Son.az Day.Az-a istinadən xəbər verir ki, saytların birində maraqlı bir elan yerləşdirilib. Elanda avtomobilin ağlasığmaz "üstünlükləri" olduğu bildirilir.

Elanı olduğu kimi təqdim edirik:

"Avtomovil Xınalıqda dörd dəfə aşıb, Qubada Çənlibel gölündə batıb, təmirə aparan zaman amerikan istehsalı olan "Tomahawk" raketi ilə vurulub və yerlə bir edildikdən sonra yığılıb!" kimi sözlərlə üzərimə gəlməyin!...

Hündür dağların dəstəboy fatehi, odda yanmaz suda batmaz, sahibini utandırmaz, utandırsa da üzünü qızartmaz olan əsl HİPPOPOTAM!

"Nissan Pathfinder" satılır. Bu maşının xeyir-duasını elimizin o başından bu başına, yuxularımıza qənim kəsilən, ağ paltarlı, ağ saqqalı, ağ çomaxlı kişi verib. Yaxın gəl!


Xəbərə aid fotolar