Bakıda 40 ədəd mobil telefon oğurlayan yeniyetmələr saxlanıldı


Digərləri 23 Noy 2018 14:51:00 269 0

Bakıda 40 ədəd mobil telefon oğurlayan yeniyetmələr saxlanıldı

Bakıda 40 ədəd mobil telefon oğurlayan yeniyetmələr saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki mağazaların birindən 3 000 manat dəyərində 40 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, Sumqayıt və Gəncə şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.