"Mazda" minlərlə avtomobili geri çağırır


Dünya 23 Noy 2018 15:00:00 240 0

"Mazda" minlərlə avtomobili geri çağırır

"Mazda" şirkəti Rusiyada 62 mindən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərar təhlükəsizlik yastıqlarında problem olması ehtimalı ilə əlaqədar verilib.

Bundan bir qədər öncə isə şirkət dünyada 640 minə yaxın avtomobili geri çağırıb. O zaman qərar dizel mühərriklərində klapan yayı ilə bağlı qüsurlarla əlaqədar verilib.