UEFA "Fair Play" mükafatına layiq gördüyü ölkələrin adlarını açıqladı


İdman 23 Noy 2018 14:33:00 303 0

UEFA "Fair Play" mükafatına layiq gördüyü ölkələrin adlarını açıqladı

UEFA 2017-2018 mövsümünün yekununda illik "Fair Play" ("Ədalətli oyun") mükafatının laureatları olan 3 ölkənin adlarını açıqlayıb.

Goal.az xəbər verir ki, mükafat 3 nominasiyaya bölünüb. 8,596 bal toplayan Finlandiya "Fair Play" reytinqinin lideri sayılıb. Ən inkişaf edən ölkə kimi 0,513 balla Şimali İrlandiya (2016/2017 mövsümündə 7,976 bal, 2017-2018 mövsümündə 8,489 bal) təltif olunub. Ən yaxşı azarkeşlərə malik ölkə isə Finlandiya hesab olunub. Lakin bu ölkə artıq ümumi nominasiyada qalib olduğundan, mükafatı Farer adaları alıb. 

Hər üç milli assosiasiya 50 min dollar mükafat əldə edib. Onlar bu məbləği ədalətli oyun qaydalarına uyğun gələn və ya bu layihədə iştirak edən peşəkar və ya həvəskar klublarına verə bilərlər. 2015-ci ilədək bu ölkələr UEFA Kubokuna (Avropa Liqası) əlavə vəsiqə qazanırdılar.

Qeyd edək ki, Azərbaycan 2017-2018 mövsümünün yekununda "Fair Play" reytinqində 43 ölkə arasında 31-ci yeri tutub. Farer adaları yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanın həm səfərdə (3:0), həm də evdə (2:0) məğlub etdiyi yeganə rəqib olub.