Təhsil naziri: "Universitetlər alternativ maliyyələşdirmə mənbələri barədə də düşünməlidirlər"


Digərləri 23 Noy 2018 14:26:26 248 0

Təhsil naziri: "Universitetlər alternativ maliyyələşdirmə mənbələri barədə də düşünməlidirlər"

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ikili diplom proqramları təsis edildikdə universitetlər alternativ maliyyələşdirmə mənbələri barədə də düşünməlidirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi üçün bir necə maliyyə mənbəyindən istifadə etmək nəzərdə tutulub.

Nazir qeyd edib ki, proqramın əsas maliyyə mənbəyi Dövlət Neft Fondunun ayırdığı vəsaitlər olacaq. Eyni zamanda, digər vəsaitlərin - universitetlərin öz daxili vəsaitlərinin, əlavə cəlb edilmiş qrantların, kreditlərin, yaxud da istənilən digər mənbədən əldə edilmiş vəsaitlərin istifadə ediləcəyi istisna edilmir.