Böyrək köçürülməsi gənc qadını intihardan daşındırdı


Digərləri 23 Noy 2018 14:09:46 268 0

Böyrək köçürülməsi gənc qadını intihardan daşındırdı

Böyrək köçürülməsi gənc qadını intiharın bir addımlığından geri qaytarıb.

Bakı. İlhamə İsabalayeva - Böyrək köçürülməsi gənc qadını intiharın bir addımlığından geri qaytarıb. Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) Trend-ə verilən məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 31 yaşlı qadın “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edəndə ağır depressiv vəziyyətdə idi. Psixiatrik xidmətin konsiliumundan dərhal sonra antidepressiv medikamentoz terapiyaya başlanılıb, eyni zamanda pasiyentə böyrək köçürülməsi əməliyyatı planlaşdırılıb: