Naxcıvan MRda düşən yağıntının miqdarı 61 mm olub


Digərləri 23 Noy 2018 13:47:00 336 0

Naxcıvan MRda düşən yağıntının miqdarı 61 mm olub

Noyabrın 22-si gündüzdən 23-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan MR-nın bəzi yerlərində intensiv olub.

Düşən yağıntının miqdarı Naxcıvan MR-da 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm olub.