Bank Respublika "Sabah" Futbol Klubunun rəsmi sponsoru oldu


Digərləri 23 Noy 2018 13:20:00 325 0

Bank Respublika "Sabah" Futbol Klubunun rəsmi sponsoru oldu

Bu gün ölkənin aparıcı banklarından biri sayılan "Bank Respublika" ilə Azərbaycan futbolunun gənc komandalarından biri olan "Sabah" Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov və "Sabah" FK-nın Prezidenti Maqsud Adığözəlov imzalayıb.

Müqaviləyə əsasən, "Sabah" FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2018/19 mövsümünün qalan müddətində üzərində "Bank Respublika" yazılan formalarda çıxış edəcəklər. Bundan başqa, bu müddətdə Bank, klubun ev oyunlarını keçirdiyi "Əlincə Arena"  stadionunda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.


Xəbərə aid fotolar