Ekologiya və təbii sərvətlər naziri Tovuzda vətəndaşları qəbul edib


Digərləri 23 Noy 2018 13:17:00 396 0

Ekologiya və təbii sərvətlər naziri Tovuzda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarının vətəndaşlarını qəbul edib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən noyabrın 23-də Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarının vətəndaşlarını qəbul edib. Qəbuldan əvvəl nazir Muxtar Babayev və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.