Nazirlik: Qonur ayını ovlayan brakonyerlərlə bağlı tədqiqat aparılır


Digərləri 23 Noy 2018 13:01:00 247 0

Nazirlik: Qonur ayını ovlayan brakonyerlərlə bağlı tədqiqat aparılır

İsmayıllıda adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayını ovlayan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə hazırda tədqiqat aparılır.

Bakı. İlhamə İsabalayeva – İsmayıllıda adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayını ovlayan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə hazırda tədqiqat aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Dolayın mühafizə yegeri həmin istiqamətə yaxınlaşarkən 6 nəfər tərəfindən qonur ayının ovlandığını müşahidə edib.