Dorenko haqlıdır: "Paşinyanın hansı xarizması, imici var ki, ona zərbə vurulsun?!"


Siyasət 23 Noy 2018 12:57:00 292 0

Dorenko haqlıdır: "Paşinyanın hansı xarizması, imici var ki, ona zərbə vurulsun?!"

Məşhur rusiyalı jurnalist, "Qovorit Moskva" radiostansiyasının baş redaktoru Sergey Dorenko ilə Ermənistanın Rusiyadakı səfirliyi arasında gərgin mükalimə davam edir. "Sputnik" agentliyi xəbər verir ki, Ermənistanın səfirliyi jurnalisti ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan haqqında "heç bir əxlaq çərçivəsinə sığmayan" ifadələr işlətməkdə ittiham edib. 

Səfirlik Dorenkonun "Paşinyan siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilməyib" sözlərini bütün erməni xalqına qarşı təhqir kimi qiymətləndirib. Səfirlik, həmçinin jurnalistin Paşinyanı cinsi azlıqların Yerevanda keçirilən forumuna müsbət yanaşmaqda ittiham etməsini də "erməni liderin imicinə vurulan ciddi zərbə" kimi qiymətləndirib.

S.Dorenko səfirliyin bəyanatına cavabında bildirib ki, onun erməni xalqını təhqir etmək niyyəti olmayıb və söz azadlığı çərçivəsində N.Paşinyan haqqında düşüncələrini dilə gətirib.

Son.az bildirir ki, Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli "Sherg.az"a deyib ki, Dorenko kifayət qədər ağıllı və savadlı adamdır:

"Dorenko tanınmış jurnalist, analitikdir. O, bir milləti təhqir etməz. Sadəcə, Paşinyan, rəsmi Yeravan jurnalistin yazdığı həqiqətləri "erməni xalqının təhqiri" kimi qavramağa cəhd göstərir. Rusiyalı jurnalist erməni xalqına deyil, Paşinyan hakimiyyətinin səriştəsizliyindən, onun bacarıqsızlığından yazıb. Bu yazdıqları da həqiqətdir. Həqiqətən də Paşinyan siyasət adamı yox, küçə adamıdır. O siyasətin nə olduğunu anlamayan bir adamdır. İstər daxili siyasət olsun, istərsə də xarici siyasət olsun, nəyin necə olduğunu anlamır. İstiqaməti, siyasi xətti olmayan miskin bir insandır".

Q.Hüseynli Dorenkoya Ermənistan səfirliyinin "Paşinyanın imicinə ciddi zərbə vurub" ittihamı gülüş doğurur:

"Paşinyanın hansı xarizması, imici var ki, ona zərbə vurulsun?! Siyasi kəmsavad adamın nə imici ola bilər ki? Dorenko erməni baş nazirin səriştəsizliyindən yazıb ki, bu da ortada olan faktdır. Söz azadlığı çərçivəsində Dorenko fikirlərini rəhbərlik etdiyi orqanda işıqlandırıb. Ermənistan hakim dairələri, rəsmi qurumlarının jurnalistə qarşı "səlib yürüşü" etməyə nə mənəvi, nə də hüquqi haqqı var. Mən hesab edirəm ki, rəsmi Moskva Ermənistan rəhbərliyinə, səfirliyinə vətəndaşı olan, tanınmış ictimai xadimi olan bir şəxsə, jurnalistə hücumlara görə, öz xəbərdarlığını edəcək.