Hitlerin DNA analizi alimləri şoka saldı


Dünya 23 Noy 2018 12:48:00 274 0

Hitlerin DNA analizi alimləri şoka saldı

Almaniyanın "Knack" jurnalının jurnalisti Jan-Pol Malders Adolf Hitlerin DNA analizinin aparılmasını və qohumlarının tapılması üçün araşdırmalara başlayıb.

Son.az ölkə.az-a stinadən xəbər verir ki, DNA analizi nəticəsində məlum olub ki, fürerin damarlarında yəhudi və qaradərili qanı da axıb. Tədqiqatın əsas məqsədi isə diktatorun kökünü araşdırmaqdan əlavə, Hitlerin fransız kəndli qadından oğlu olub-olmaması faktını dəqiqləşdirmək idi.

Jurnalist Jan-Pol tarixçilərin köməyi ilə Hitlerin 39 qohumunu tapıb və onlardan DNA nümunələri götürüb. Beləliklə, jurnalist Hitlerin uzaq qohumu Norbertin ağız suyu nümunəsi götürüb. Sonra isə Adolfun Nyu-Yorkda yaşayan üç qohumunu da taparaq onlardan da tüpürcək nümunəsi götürüb. Malders DNA nümunəsi toplamaq üçün Hitlerin qardaşı qızı Aleksandr Stüart-Hyüstonun yerə atdığı salfeti də ələ keçirib. Analizlər zamanı məlum olub ki, Hitlerin fransız kəndli qadından oğlu birinci dünya müharibəsi zamanı dünyaya gəlib.