İnzibati Xətalar Məcəlləsinin maddələrindən biri ləğv edilir


Digərləri 23 Noy 2018 12:16:00 280 0

İnzibati Xətalar Məcəlləsinin maddələrindən biri ləğv edilir

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin maddələrindən biri ləğv olunur.

Son.az report-a istinadən xəbər verir ki, bu, məcəllənin 450-ci (Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı) maddəsidir.

Bu maddəyə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.

Pərakəndə satış istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması görə 100 məbləğində cərimə tətbiq olunur.

Layihədə bildirilib ki, hazırda qanun pozuntuları aşkar edildiyi hallarda dövlət vergi orqanları tərəfindən inzibati xəta haqqında iş üzrə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə rayon (şəhər) məhkəmələrinə göndərilir. Qeyd olunan pozuntuya görə tərtib olunan inzibati xətanın nəticələrinə dair protokollar üzrə müvafiq məhkəmələrin qərarlarına əsasən tətbiq edilən inzibati cərimələr vergi orqanları tərəfindən həmin vergi ödəyicisinin şərti hesab vərəqələrinə işlənilir.