Baş direktor: "Trabzon limanı Ermənistandan yük avtomobillərini qəbul etmir"


Dünya 23 Noy 2018 11:31:00 306 0

Baş direktor: "Trabzon limanı Ermənistandan yük avtomobillərini qəbul etmir"

Türkiyənin Trabzon vilayətində dəniz limanı vasitəsilə Ermənistandan gələn yük avtomobillərinin boşaldılması qeydə alınmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə limanın baş direktoru Müzəffər Ermiş bəyan edib.

Bildirilib ki, liman rəhbərliyi Türkiyənin Ermənistana münasibətdə siyasətinə sadiqdir:

"Ermənistandan gələn yük avtomobillərinin qəbuluna başlamaq və bu ölkə ilə sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi lazımdır".