Sem Ellardays İrlandiya millisinə əsas namizəddir


İdman 23 Noy 2018 10:51:00 267 0

Sem Ellardays İrlandiya millisinə əsas namizəddir

İngiltərə millisinin keçmiş baş məşqçisi Sem Ellardays İrlandiya yığmasını çalışdıra bilər.

Goal.az xəbər verir ki, məlumatı Sky Sport nəşri yayıb. Bildirilir ki, Ellardays İrlandiya Futbol Assosiasiyası ilə danışıqlara hazırdır. Onun sonuncu iş yeri Everton olub. 2017/18 mösümündə klub onun rəhbərliyi altında Premyer Liqada 8-ci yeri tutub. West Ham, Newcastle, Crystal Palace klublarında məşqçilik edib. 2016-da İngiltərə millisinə gətirilib. Komandanı cəmi bir oyunda meydana çıxarıb. Qalmaqal səbəbindən ayrılıb. Digər namizəd Mik Makkartidir. Çalışdırıcı 1996-2002-ci illərdə İrlandiya millisində işləyib.

Xatırladaq ki, millinin baş məşqçisi Martin O’ Nil buyaxınlarda istefa verib. Assisenti Roy Kin komandadan də gedib.