Azər Türk Bankdan 65 gün faizsiz kredit xətti


Digərləri 23 Noy 2018 10:41:00 291 0

Azər Türk Bankdan 65 gün faizsiz kredit xətti

Bildiyimiz kimi, bir çox dünya ölkələrində yeni il öncəsi mağazalarda endirimli satışlar təşkil olunur. Artıq belə bir ənənə Azərbaycanda da tətbiq edilməkdədir.

Bununla əlaqədar olaraq, Azər Türk Bank noyabr ayının 23-dən etibarən  kampaniyaya başlayır. Belə ki, kampaniya ərzində Bank özünün yeni məhsulunu - fiziki şəxlər üçün nəzərdə tutulmuş 65 günədək güzəşt müddətli kredit kartını müştərilərə təklif edəcəkdir. Eyni zamanda, kampaniya çərçivəsində MasterCard Gold kartlarının müştərilərə hədiyyə edilməsi nəzərdə tutulmuşdur. Ayrılan kredit xətti üzrə istifadə edilən məbləğ 65 günədək qaytarıldıqda faiz hesablanmır.