Aygün Bəylərin həbsdəki qardaşı Ali Məhkəməyə müraciət etdi


Digərləri 23 Noy 2018 10:45:00 236 0

Aygün Bəylərin həbsdəki qardaşı Ali Məhkəməyə müraciət etdi

İstintaq zamanı birgə marixuana əkdikləri dostlarını öldürməkdə və narkotik dövriyyəsində təqsirləndirilənlər - Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovla bağlı Ali Məhkəməyə müraciət edilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu işlə bağlı Baş Prokurorluq kassasiya şikayəti verib və cəzaların ağırlaşdırılmasını tələb edib. 

Həbsdə olan şəxslər isə cəzalarının yüngülləşdirilməsini istəyiblər. A.Hümmətov ona bəraət verilməsini tələb edib. Hər iki şikayətə hakim Əli Seyfəliyevin icraatında baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədzadə, R.Əsirov və E.Alxasovun hər biri 15 il, A.Hümmətov və C.Alxasovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərin hər biri narkotik ittihamı üzrə bəraət alıblar. A. Hümmətov və C. Alxasov həm də qətl üzrə bəraət alıblar.