Analitik Ekspertiza Mərkəzi şirkətlərə müraciət etdi


Digərləri 23 Noy 2018 10:18:00 285 0

Analitik Ekspertiza Mərkəzi şirkətlərə müraciət etdi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bioloji fəallığa malik qida əlavələrini idxal edən şirkətlərə müraciət edib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydasına əsasən bioloji fəallığa malik qida əlavələrinin ekspertizasını Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi həyata keçirir. Aparılan ekspertizalar üçün şirkətlər tərəfindən təqdim edilən sənədlərin "Bir pəncərə" prinsipi ilə qəbulunu asanlaşdırmaq məqsədilə bioloji fəallığa malik qida əlavələrini idxal edən şirkətlər üçün sənəd qəbulu günləri artırılıb.