Ekspert: Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoymasından xəbər verir


Digərləri 23 Noy 2018 10:14:25 232 0

Ekspert: Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoymasından xəbər verir

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Bakı. Samir Əli - Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. V.Rəhimzadə qeyd edib ki, beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir: “Prezident İlham Əliyevin Türkmənistana səfəri də faydalı əməkdaşlığın nümunələrindən biridir. Ölkə başçımızın səfəri zamanı yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirməsi, mühüm müzakirələr aparması bu reallığı bir daha ortaya qoyur. Azərbaycanla Türkmənistan arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, möhtərəm Prezidentimizin Türkmənistana səfəri ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoymasından xəbər verir”. Baş redaktor deyib ki, Azərbaycan-Türkmənistan münasibətlərinin zəngin tarixi var: “Bu münasibətlər həmişə sıx, səmimi olub, indi isə strateji əhəmiyyətli münasibətlər səviyyəsinə çatıb. Aramızda fəal siyasi dialoq mövcuddur. Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. Azərbaycan artıq güclü dövlətlər sırasında yer alıb. Şübhəsiz ki, ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində dünya miqyasında bu mövqeyini qoruyub saxlayacaq və daha da möhkəmləndirəcək. Bu mənada möhtərəm Prezidentimizin xarici səfərləri və əldə edilən razılaşmalar uğurlu siyasi kursun mühüm nəticələridir”. O əlavə edib ki, bu gün Azərbaycan-Belarus münasibətləri də strateji tərəşdaşlıq səviyyəsinə yüksəlib: "Bu mənada ölkələrimiz arasındakı siyasi, iqtisadi, hərbi və s. sahələri əhatə edən əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Möhtərəm Prezidentimiz İlham Əliyevin Belarusa son rəsmi səfəri bir daha bu reallığı əks etdirir”. V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan və Belarus beynəlxalq təşkilatlar müstəvisində hər zaman bir-birinə dəstək verir, qarşılıqlı hörmət və dostluq əlaqələrini daha da möhkəmləndirirlər: “Dövlətimizin başçısı Belarus Prezidenti ilə görüşündən sonra mətbuata verdiyi bəyanatda da bu məsələlərə xüsusi diqqət yönəltdi. “Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik”, - deyən möhtərəm Prezidentimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Belarusun mövqeyinə görə Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib. Elə səfər zamanı imzalanan Birgə Bəyanatda dəqiq qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində beynəlxalq hüquq norma və prinsiplərinə uyğun şəkildə öz həllini tapmalıdır. Bu amil bir daha nümayiş etdirir ki, Belarus ədalətli, beynəlxalq hüququn normalarına uyğun mövqe nümayiş etdirir, Azərbaycana yaxın, dost ölkə kimi milli maraqlarımıza böyük hörmətlə yanaşır”. Ekspert bildirib ki, Azərbaycan-Belarus münasibətlərində iqtisadiyyat və hərbi-texniki əməkdaşlıq xüsusi önəm kəsb edir: “Təsadüfi deyil ki, səfər çərçivəsində “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Saziş”i və s. sənədlər imzalanıb. Möhtərəm Prezidentimiz qeyd edib ki, ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlığın yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Statistik rəqəmlərə diqqət yetirsək, iqtisadi əlaqələrimizin də yüksək səviyyədə olduğunu görərik. Belə ki, ötən 11 ildə Gəncə avtomobil zavodunda 10 mindən çox “Belarus” traktoru və xüsusi texnika yığılıb. Bununla yanaşı, 3500-dən çox MAZ avtomobili və qoşqular buraxılıb. Həmiçinin, ötən il Minskdə Azərbaycan Ticarət Evi açılıb. Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, məhsullarımızın ixracının genişləndirilməsində uğurlu fəaliyyət göstərir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin