Baş nazir iki yeni qurumun nizamnamə və strukturunu təsdiqləyib


Digərləri 23 Noy 2018 09:42:00 267 0

Baş nazir iki yeni qurumun nizamnamə və strukturunu təsdiqləyib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrinin və strukturlarının təsdiq edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin nizamnamələri strukturları təsdiq edilib.