Şəmkirli biznesmeni öldürməkdə şübhəli bilinən şəxsin FOTOsu VİDEO


Kriminal 23 Noy 2018 09:28:00 329 0

Şəmkirli biznesmeni öldürməkdə şübhəli bilinən şəxsin FOTOsu  VİDEO

http://qafqazinfo.az/news/detail/semkirli-biznesmeni-oldurmekde-subheli-bilinen-sexsin-fotosu-236130

Noyabrın 21-də axşam saatlarında Moskva şəhərində güllələnən Toğrul Tağıyevi öz yerliləri- Şəmkir rayonundan olan şəxslərin öldürdüyü deyilir. 

Son.az-ın məlumatına görə, musavat.com Moskvadakı mənbələrə istinadən xəbər verir ki, mərhum biznesmeni Həsən, Bek və Cəbi adlı əslən Şəmkirdən olan qardaşlarla aralarında ədavət yarandığı üçün aradan götürüblər. Belə ki, xeyli müddətdir T.Tağıyevlə qardaşların arasında əmlak və pul üstə qarşıdurma yaranıbmış. 

Toğrul Tağıyev

Mərhumun həyat yoldaşı Şəhla xanım Rusiya KİV-nə deyib ki, ərini onlara məxsus avtoyuma məntəqəsinə görə öldürüblər. Qadının sözlərinə görə, əri "avtomoyka" aldıqdan sonra təhdidlər alıb, hətta bu ilin martında M-4 şosesində maşınla gedərkən atəşə məruz qalaraq, ayağından yaralanıb. Lakin qadın ərinin qatillərinin adlarını çəkməyib.

Sayt qətldə və Toğrulla ədavətdə adı keçən üç qardaşdan birinin - Həsənin (Heydərov Həsən Əjdər oğlu) fotosunu əldə edib.