Baş nazir iki yeni qurumun nizamnamə və strukturunu təsdiqləyib


Digərləri 23 Noy 2018 09:11:00 193 0

Baş nazir iki yeni qurumun nizamnamə və strukturunu təsdiqləyib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrinin və strukturlarının təsdiq edilib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrinin və strukturlarının təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin nizamnamələri strukturları təsdiq edilib. Həmçinin Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin xüsusi təyinatlı “CASPIAN STAR” gəmisinin və “VEGA” sürətli katerinin heyət üzvlərinin aylıq vəzifə maaşları təsdiq edilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin