Direktor vəzifəsinə işə qəbul üzrə imtahanlar başa çatır


Digərləri 23 Noy 2018 08:48:00 269 0

Direktor vəzifəsinə işə qəbul üzrə imtahanlar başa çatır

Bu gün dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatır. Bu mərhələdə 1600-dən artıq namizəd iştirak edir.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunub.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.